ŞİƏ ƏHLİ
  Chata girmeyin hokmu ve chat haqqinda yeni melumat
 
 Çata girməyin hökmü:
Öz-özlüyündə çata daxil olmağın iradı yoxdur və heç bir dini qanunlara zidd deyil. Lakin çatda naməhrəm qızlarla söhbət etməyin iradı var. Uyğun mövzuda Ayətullah Sistanidən belə bir sual soruşulmuşdur: "Mənim bir qız dostum var, onunla çatda söhbətləşirəm. Lakin heç bir halda şəriətə zidd söz danışmırıq. Belə olan halda bu dostluğun və çatda söhbət etməyin şəri iradı varmı?" Ayətullah Sistani cavabında deyib: "Çünki günaha batmaq qorxusu olduğundan icazəli deyil". 
 Çat haqqında yeni məlumat:
Çat həvəskarları hər an virus hücumuna məruz qala bilər
İnternetdə müxtəlif çat (IM) proqramları vasitəsi ilə yayıla bilən yeni virus aşkarlanıb. “Kaspersky Lab” anti-virusunun aşkar etdiyi yeni virius ailəsi “Yahoo!Messenger”, “Skype”, “Paltalk Messenger”, “ICQ”, “Windows Live Messenger”, “Google Talk” və “XFire” istifadəçiləri üçün əsl təhlükə mənbəyinə çevirilib.
Yeni virusun fərqli və qeyri adi xüsusiyyəti onun bir çox dillərdə olması və eyni zamanda saysız IM istifadəçisinin kompüterlərinə yol tapa bilməsidir.
“Kaspersky Lab” mütəxəssisləri indiyə qədər “IM-Worm.”, “Win32.”, “Zeroll.” adları ilə tanınan virusun yeni dörd növünü müəyyən edə biliblər. Viruslar IM istifadəçilərinin “kontakt” listlərindən istifadə etməklə özlərini digər IM istifadəçilərinə göndərirlər. Marqlı bir şəkil və fayl formasında istifadəçilərin ekranında peyda olan virusun üzərində klik etməklə kompüter avtomatik olaraq zərərli fayla yönləndirilir və virusa yoluxur.
13 dildən istifadə edən virus hər bir istifadəçiyə öz dilində mesaj göndərməklə daha tez yayılır. Kompüterə düşən virus isə avtomatik olaraq idarəetməni ələ keçirərək öz sahibi ilə əlaqə yaradır və digər zərərli proqramları yükləyir, kompüterdəki faylları öz sahibinə göndərir.
 istinad: www.IslamaDogru.biz
istinad: 3w.Haqqul-Islam.tr.gg
 Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol